HAQQIMIZDA

HAQQIMIZDA 2003-cü ildə təsis edilmiş "ADL GLOBAL MÜHƏNDİSLİK" şirkəti öz sahəsi üzrə təcrübəli mühəndisləri və əməkdaşları sayəsində qabaqcıl texnologiyalara uyğun həllər təklif edir. Şirkətin Baş ofisi və istehsal müəssisəsi İstanbulda yerləşir, sənayenin müxtəlif sahələrində layihələndirmə, mühəndislik, istehsal və məsləhət xidmətləri göstərir.

-

Əsas ixtisaslaşma sahəsi olan buxar generatorları, istilik sistemləri və dəniz generatorları başda olmaqla, meyvə-tərəvəz qurutma, qarğıdalı və ananas, şəkər qamışı emalı zavodları, tomat pastası, ketçup və sous istehsal müəssisələri kimi müxtəlif sahələrdə fəaliyyət göstərir. Dinamik strukturu sayəsində qısa müddətdə dayanıqlı mühəndislik həlləri işləyib hazırlayan "ADL GLOBAL MÜHƏNDİSLİK" müştəriyönümlü fərdi yanaşmaya malikdir. Şirkət öz məhsullarını Avropa, Türkdilli dövlətlər, Yaxın Şərq və Afrika da daxil olmaqla bir çox ölkələrə ixrac edir, həmçinin yerli bazar payının artırılması istiqamətində də addımlar atır.

-

"ADL GLOBAL MÜHƏNDİSLİK" şirkəti ISO 9001:2000, ISO 10002 və ISO 45001 Keyfiyyət İdarəetmə Sistemi sertifikatlarına malikdir. Şirkətin bütün məhsulları TSE və CE sertifikatları almışdır və bu sənədlərlə tələb olunan normalara uyğun istehsal olunur. "ADL GLOBAL MÜHƏNDİSLİK" şirkəti "ADL GLOBAL GROUP"un tərkibinə daxil olan şirkətlərdən biridir.

BUXAR GENERATORU NƏDİR?

Buxar generatorları az həcmdə su ilə işləyərək buxar istehsal edən maşınlardır.

Bu qurğular daxillərindəki istilik enerjisini az həcmdə suya dərhal ötürməklə qısa müddətdə buxar istehsal edirlər.

Suyun həcmi az olduğuna görə, qurğunun ölçüsü də kiçik və kompaktdır.

ÜMUMİ MƏLUMATLAR

• 90-94% səmərəliliklə işləyir.

• Təbii qaz, maye qaz (LPG), sıxılmış təbii qaz (LNG) və dizel yanacağı ilə işləyir.

• 3 dəqiqəlik qısa müddətdə buxar istehsal etməyə başlayır.

• Buxarı sadəcə lazım olduğu miqdarda istehsal etdiyinə görə, heç bir əlavə xərc olmur.

• Proqramlaşdırılabilən məntiqi kontroller (PLC) sayəsində bütün sistem təhlükəsizlik dəyərlərindən kənara çıxmadan işləyir və sistemə rəqəmsal ekran vasitəsilə nəzarət etmək mümkündür.

İŞLƏMƏ PRİNSİPİ

Nasoslar vasitəsilə su buxar serpantininə ötürülür.

Serpantin borularından keçən su qazanda istehsal edilən enerji ilə qızdırılaraq buxara çevrilir. Qazan qidalanma suyu nasosları ilə paralel fasiləsiz işləyərək lazımi qədər enerji istehsal edir, eyni prinsiplə də yanacaq sərf edir. Buxar generatorunun çıxışında yerləşən separatorun köməyi ilə buxarın tərkibindəki rütubət tam götürülür və quru şəkildə qurğuya göndərilir.

Thumb

İSTİFADƏ ETMƏYİN FAYDALARI

Yüksək səmərəlilik

Təhlükəsizlik

Tam avtomatlaşdırılmış əməliyyat

Cəld reaksiya

TƏTBİQ SAHƏLƏRİ

• Qapalı dövrəyə və yüksək işçi təzyiqə malik olan sistemlərdə,

• Hotel, motel, camaşırxana, quru təmizləmə, beton zavodları, kənd təsərrüfatı, sərinləşdirici içkilər, dərman vasitələri, dəri, tekstil, geyim, süd məhsulları, konserv və kimya sənayesində və buxar lazım olan bütün sənayedə sahələrində istifadə olunur.

ÜFÜQİ VƏ ŞAQULİ TİPLİ BUXAR GENERATORLARI

QAYNAR YAĞ QAZANI

Yüksək temperaturda istilik enerjisinə olan tələbatın səmərəli və təhlükəsiz şəkildə ödənilməsi üçün qaynar yağ qazanlarından istifadə olunur. Qaynar yağ qazanlarında istilik daşıyıcısı kimi, 300-320oC-dən yuxarı temperaturda kimyəvi və fiziki xüsusiyyətlərini itirməyən müxtəlif termik yağlardan istifadə olunur. Su buxar sistemlərindəki korroziya və ərp kimi nəticələri azaldan və tez-tez texniki xidmət tələb edən nasazlıqlara qaynar yağ qazanlarında rast gəlinmir.

Thumb

QAYNAR YAĞ QAZANLARININ TƏTBİQ SAHƏSİ

• Tekstil sənayesi

• Kağız sənayesi

• Kimya sənayesi

• Rezin, plastik sənayesi

• Sabun və yuyucu vasitələr sənayesi

• Neft sənayesi

• Tikinti materialları

• Qida sənayesi

Thumb

"STEAMART" TƏBİİ QAZLA İŞLƏYƏN AÇIQ HAVA İSTİLİK QURĞUSU

Radiatorların əsas məntiqi işıqla qızdırılmadan ibarətdir. Günəşin infraqırmızı şüalarının təsir etdiyi mühitdə qızma baş verir, şüa sistemlərində qızma da eyni şəkildə həyata keçirilir. Ancaq obyektlər və insanlar qızdırıldığından burada məqsədli istifadə var. Klassik üsullarl qızdırılması çətin olan yerlərdə; yüksəklikdə yerləşən fabriklərdə, anbarlarda, məscidlərdə, servis yerlərində, təsərrüfatlarda, xüsusilə də açıq və ya yarı-açıq kafelərdə və restoranlarda intensiv şüa ilə qızdırılmadan istifadə olunur.

"STEAMART" AVTOMATİK OTAQ QIZDIRICILARI

Thumb

OTAQ QIZDIRICISI NƏDİR? Fərdi evlərin, villaların və mənzillərin fərdi isitmə sistemləri ile qızdırılmasını təmin edən qurğular otaq qızdırıcıları adlanır. Lokal istilik sistemi olan otaq qızdırıcı sistemlərinin iş prinsipi, bir qayda olaraq, mərkəzi istilik sistemlərininki ilə eynidir. Ancaq burada istifadəçilər evlərini ümumi sistemdən deyil, fərdi olaraq qızdırırlar. Otaq qızdırıcılarına üstünlük verən istehlakçılar hazırda ən qənaətcil yanacaq olaraq kömür və ya odundan istifadə edirlər. İstiliklə yanaşı, isti suya olan tələbatı da eyni üsulla qarşılamaq mümkündür.

BUXAR QAZANI VƏ GENERATOR MÜƏSSİSƏNİN LAYİHƏLƏNDİRİLMƏSİ VƏ TEXNİKİ TƏHLİLİ

Təcrübəli mühəndislərimiz və texniki heyətimiz sayəsində buxar qazanları və generatorlarını istehsal etməklə yanaşı, şirkətimizdə istehsal müəsssisələrinin buxar xətlərinin layihələndirilməsi və texniki təhlilini də apara bilirik.

Thumb

DİGƏR LAYİHƏLƏRİMİZ

Thumb

TOMAT PASTASI, KETÇUP, MAYONEZ VƏ SOUS İSTEHSALI ZAVODU

Thumb

MEYVƏ QURUDAN QURĞULARININ İSTEHSALI VƏ QURAŞDIRILMASI

Thumb

METİL, İZOPROPİL VƏ ETİL SPİRTİ İSTEHSALI ZAVODU

Thumb

QARĞIDALI VƏ ANANAS EMALI

Ölçü (L*W*H): 1300*600*1250 mm

Güç: 500 kq/saat

Çəki: 60 kq

Gərginlik: 220V

DƏNİZ GENERATORU

Dəniz generatoru dənizdə qayıq və gəmilərdə istifadə olunan generator növüdür. Bu, qayıqlarda və gəmilərdə yer məhdudiyyəti ilə bağlı problemlərin çox olması səbəbindən yerüstü generator qurğularının ən böyük hissəsi olan radiator əvəzinə, "after cooler" və mühərrik mayesinin su ilə soyudulduğu sistematik generator növüdür.

Thumb

SERTİFİKATLAR

Əlaqə

  • Ünvan

    Kempinski Astoria, Korpus A Mərtəbə 14,
    Büyükdere Küç. No.127,
    Şişli, Istanbul, Türkiyə,
  • İş saatları

    B.e - C 9:00 - 18:00
    Şənbə 10:00 - 16:00
  • Əlaqə

    +90 212 215 27 08
  • Email

    info@adlglobal-engineering.com